Leqallaşdırılmış sələm
[info]telmansoy

İndi yaşadığım şəhərdə tək-tük adam tapa bilərsən ki, banka borcu olmasın. Kimi dindirirsən, kredit götürüb bankdan. Əslində kredit elə sələmdir. Sadəcə sələmi qanuniləşdiriblər, adını da dəyişib kredit qoyublar. Bir dəfə oxumuşdum ki, orta əsrlərdə İtaliyada dəllalların çox olduğu yerlərdə bankçılar (sələmçilər) məntəqə yaradırlarmış və sələm verirlərmiş. O şəxslərin də oturduğu kresloya bank deyirdilər. Bu iş inkişaf edə-edə müasir bankçılıq yaranıb. Müasir bançılıq 1587-ci ildə Venesiyada başlayıb. İndi də elə adam yoxdur ki, işi banksız keçsin.

Camaat artıq kreditlə yaşamağa alışıb. Avtomobil kredit, ev kredit. telefon kredit, kontur kredit, kompüter kredit, əşyalar kredit, hələ nəğd pul kimi kredit də verirlər. Kef elə.

credit kart

foto: www.remcosoftware.com

Banklar həmişə hesabat açıqlayanda kredit portfelləri haqqında statistika da təqdim edirlər. Çünki bankların əsas gəlirlərindən birini də kreditlər təşkil edir, daha doğrusu kreditin faizləri. Bir dəfə oxumuşdum və bu məlumatı həmin bankın bir əməkdaşı da təsdiq etmişdi ki, Access Bankın əsas gəliri kreditlər hesabınadır və kommersiya təşkilatı Azərbaycanda ən böyük kredit portfelinə mailikdir.

İndiyədək Bank Respublika, RabitəBank, Bank of Baku, Gəncə Bankın kredit xidmətlərindən istifadə etmişəm. Ən çox razı qaldığım Bank Respublika olub. Bank of Baku çox çürükçü və səviyyəsiz xidmət göstərir (Gəncədə belədir). RabitəBank kreditin ödənilməsi zamanı gic-gic qaydalar tətbiq edir. Mənə bir dəfə Rabitə Bankdan zəng edib demişdilər ki, biz Novruz bayramında nə bilim neçə gün işləməyəcəyik. Siz 10 gün tez ödəniş edin, yoxsa cərimə gələcək. Mən də dedim ki, cərimə gəlməsin deyə ödəniş vaxtında ödəyərəm, o zaman siz həmin gün mənim üçün işləyərsiniz. )) Ödəniş günü işləmirsiz OK, buna görə məni niyə cərimələyirsiz?! Gəncə Bankın əmədaşları müçtəri ilə davranmağı bilmir, kredit faizləri isə çox yüksəkdir. Batil inanclarım olsaydı deyərdim hətta əlləri ağırdır )) İndiyəcən Gəncədə yeganə Bank Respublikadan razı qalmışam. İndi də onların müştərisiyəm.

P.S. Blog yazısını yazmaqda wi-fi-la təmin etdiyi üçün Gəncə ş. Ş.İ.Xətai prospektində yerləşən “Konti Klub”a təşəkkürlər :)))


Lujkov və Ağayev
[info]telmansoy

Bu gün Rusiya kütləvi informasiya vasitələrinin gündəmini Lujkov tutub. Azərbaycan mətbuatının gündəmini isə Faiq Ağayev. Lujkovu işdən çıxarıblar, Ağayevi isə bıçaqlayıblar. Siyasətçi haqqında xəbər bu gün yayılıb, xalq artisti haqqında isə xəbərlər dünən səhərdən. Buna baxmayaraq xəbər portalları F.A. haqqında tez-tez yenilənən informasiyalar yerləşdirir. Əvvəlcə Lujkov haqqında:

lujkov 

Yuri Mixailoviç Lujkov 21 sentyabr 1936-cı ildə Moskvada doğulub. 1992-ci ildən 2010-cu ilin 28 sentyabrınadək Moskvanın meri olub. Onun veb saytı da var. Bu gün isə Rusiya Federasiyasının prezidenti Dmitriy Medvedev onun işdən azad olunması (və ya Moskva merinin səlahiyyətlərinin dayandırılması ) haqqında sərəncam imzalayıb. Yeni texnologiyalara meyilli, blogger Medvedevin bu sərəncamı Çində işgüzar səfərdə olarkən verməsi ruslar tərəfindən birmənalı qarşılanmayıb. O, sədri baş nazir Vladimir Putin olan hakim “Vahid Rusiya Partiyası”ndan istefa verməsi haqqında ərizə yazıb. Deyəsən Lujkovun siyasi kitabı bağlanacaq. Bununla belə yəqin onun yığdığı varidat daha uzun müddət nəsil-kökünü dolandırmağa bəs edəcək. Rusiyada qəzetlər yazırdı ki, onun həyat yoldaşı Baturina Yelena Nikolayevna neçə illər Rusiyanın ən varlı qadını statusunu saxlaya bilib. Forbes jurnalı Yelena Nikolayevnanın varidatnı 2008-ci ildə 4.2 milyard dollar həcmində qiymətləndirib.

Rusiya prezidenti deyib ki, mən Yuriyə olan inanmımı itirmişəm. Amma xatırlamaq yerinə düşər ki, Rusiyada taleyüklü məsələri Medvedev yox, Putin həll edir. Yadımdadır, Barak Obama çıxış edərkən “Rusiya prezidenti Vladimir Putin” sözlərini işlətmişdi. Daha sonra bunu texniki səhv adlandıran amerikalı prezident səhvini düzəltsə də, dolayısıyla Rusiyanın idarəedici qüvvəsinin Medvedev olmadığına siyasi taktika ilə eyham vurmuşdu.

İndi isə Faiq Ağayev haqqında:

Faiq_Ağayev_2

O, 29 dekabr 1971-cı ildə Bakıda anadan olub. Peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin ildə "Bakı Payızı - 88" respublika müsabiqəsində iştirak edir və qalib olur. Bu müsabiqədən sonra "Qizil Payiz - 89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk - 90" müsabiqəsində, Beynəlxalq "Yalta - 92" televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirir. Universiteti bitirdikdən sonra o, Klavdiya Şuljenko adına "Xarkov - 95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" - Mogilyov - 96 Beynəlxalq müsabiqəsində də qalib gəlib. 2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın " Xalq Atisti " fəxri adı verilib. 2010-cu il sentyabrın 27-də saat 06.00 radələrində Nəsimi rayonu ərazisində bıçaqlanıb.

Qeyd: Yuri Lujkov haqqındakı informasiyalar Rusiya kütləvi informasiya vasitələrinin 28.09.2010-cu il tarixdə yazdığı xəbərlər əsasında hazırlanıb. F.A. haqqındakı informasiyaların mənbəsi : az.wikipedia.org


Qohumluq edək yoxsa işimizi görək?!
[info]telmansoy

Hərdən müşahidə edirəm ki, qohumluq və dostluq əlaqələrimiz işimizi görməyə mane olur. Bu gün bir hadisə olmuşdu. Gəncənin əsas prospektlərindən olan Ş.İ.Xətai prosoektində yol qəza hadisəsi baş vermişdi. İnformatorlardan gələn məlumat əsasında hadisə yerində çəkiliş aparmaq üçün yollandıq. Elə yenicə çatmışdıq ki, operator vaz geçilməyəcək tərzə xahişlə bildirdi ki, qəzanı törədən onun çox yaxın qohumudur. Və hadisəni işıqlandırsaq onun üçün xırda-para problemlər yaranacaq. Görünür sürücü hadisəni digər yaxınlarından gizlətməyi düşünmüşdü. Bu xahiş mənim o qədər də xoşuma gəlməsə də yoldaşlıq və iş münasibətlərinə görə razılaşmalı oldum. Narazı sifətlə gedib oturdum avtomobildə. Mənim özüm də əslində yoldaşlıq münasibətinə görə reportajı qurban vermiş oldum. Amma başqa cür də alınmırdı açığı. Nə qədər dostlarım hərdən məni “nemeç” adlandırsalar da hərdən, bəlkə də çox vaxt mən də tipik azərbaycanlı xüsusiyyətlərimi biruzə verirəm. Siz olsaydınız bu sitasiyada necə hərəkət edərdiniz?

Fikirləşirəm ki, biz azərbaycanlıların hərdən çox məntiqsiz və lazımdır xüsusiyyətlərimiz işimizi görməyə mane olur. Xüsusi ilə də yaşadığım şəhərin cammatı keçmişdən qalmış və artıq qanımıza hopmuş xarakterlərimizdən əl  çəkə bilmir. Biz azərbaycanlılar üçün dostluq, yoldaşlıq, qohumluq, qonşuluq münasibətləri çox önəmlidir. Ailəyə və yaxınlarımıza bağlılığımız gözəl xüsusiyyətdir. Amma hərdən ağ edirik, məncə. Demək istədiyim odur ki, bu bağlılıq heç bir halda bir-birimizə qarşı iş prinsiplərindən əl çəkməyimizi tələb etməyə yönəlməməlidir.Adamların öhdəliklərini yerinə yetirməkdə mane olmaq üçün “biz dostuq”, “qadan alaram, qohum deyilikmi?!” şərtləri irəli sürüb, “üz-üzdən utanar” fikrindən əl çəkmək lazımdır.


3-cü Regional “Qərb Azərbaycan İnfrastrukturu” sərgisi - FOTO
[info]telmansoy

Sentyabrın 21-də Gəncədə 3-cü Regional “Qərb Azərbaycan İnfrastrukturu” sərgisi start götürüb. 3 gün davam edəcək sərgidə təşkilatçıların verdiyi məlumata görə, regionlarda öz biznesini genişləndirmək arzusunda olan 29 yerli şirkət iştirak edəcək.

Sərginin təşkilatçıları “Iteca Caspian” MMC“ITE Group PLC” şirkətləridir.

Şirkətin mətbuat açıqlamasından çıxarış:

Sərgi, ənənəyə sadiq qalaraq çoxsahəli olacaq və növbəti bölmələri əhatə edəcəkdir: qida sənayesi, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları, inşaat, banklar və sığorta, infrastruktur, xidmətlər və sair. Sərgi çərçivəsində əsas diqqət sənayenin kənd təsərrüfatı və qida sektorlarının məhsul və xidmətlərinə yönəldiləcəkdir. Tədbir zamanı inşaat sektoru da fəal şəkildə təqdim olunacaq və burada inşaat materialları, boru və fitinqlər, keramika və bəzək-naxış daşları, fasad və izolyasiya materialları kimi bölmələr nümayiş etdiriləcəkdir. Gəncə-Qazax iqtisadi regionu inşaat sektoru üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu region dəmir filizi, alunit, əhəng daşı, mərmər, gips, kobalt, çınqıl və sement xammalı kimi faydalı qazıntılar ilə zəngindir. Burada iri panel evlərin tikintisi, dəmir-beton, kərpic və mərmər istehsalı zavodları, yüksək keyfiyyətli bentonit gilinin emalı üzrə zavod, latun və plastmas məmulatların, o cümlədən polipropilen boruların istehsalı zavodu, çınqıl istehsalı müəssisəsi yerləşir. Bununla da, region inşaat sahəsində işgüzar əməkdaşlığın qurulması və təcrübə mübadiləsinin aparılması üçün böyük potensiala və geniş imkanlara malikdir.

Изображение карты

 

 

Sərginin birinci günündən çəkilmiş fotolara baxmaq üçün aşağıdakı "Read more" düyməsini sıxn.

Читать дальше... )TO

daş kəsənlərin rayonunda yeni dərs ili
[info]telmansoy

Sentyabrın 15-də yeni tədris ilinin başlanması ilə bağlı süjetlər çox olur. TV-lər bu haqda materiallar hazırlayırlar. Adətən Gəncə ətrafı rayonlarda elə də tez-tez çəkilişlərdə olmuram. Amma bu il yeni tədris ilinin başlaması ilə əlaqədar Daşkəsəndə çəkiliş etdim. Rayon dağlıq bölgədə yerləşir, dəniz səviyyəsindən xeyli yüksəklikdədir. Sel, daşqın, qasırğa kimi təbitə hadisələri bu bölgəyə xarakterikdir. Qış aylarında dağlarının başından qar əksik olmur. Nə isə keçim məqsədə.

15 sentyabr 2010, saat 09:10 və mən Daşkəsəndəyəm.

Rayon İcra Hakimiyyətinin yanında 2 saylı orta məktəb yerləşir. Əvvəl heç məlumatım yox idi ki, Daşkəsəndəki məktəbdə rus dili bölməsi də var. Sözügedən Anar Mürsəlov adına 2 saylı orta məktəb “şəhər məktəbi” hesab olunur və orada rus dili bölməsi də var. Məktəb həqiqətən də yaxşı təmir olunub, sinif otaqları dərsə tam hazırdır. Birinci siniflərin otaqlarında partalar kurrikulum (kurrikulum haqqında məlumat üçün linkə keçin) metoduna uyğun düzülüb. İstilik sistemi var, lövhələr təzə görsənir. Müəllimlərin bəziləri rus dillidirlər. Rayon rəsmilərinin uşaqları bu məktəbdə oxuyur.

Və budur müəllimlər və şagirdlər hazırdırlar. Onlar Daşkəsən rayon İcra Hakimiyyətinin başçısını gözləyirlər. Hava soyuqdur. İcra başçısı gəlib çıxır və yeni tədris ilini açıq elan edir. Bəlkə ömründə bir dəfə də olsun  email yazmayan icra başçısı təhsildə mənim dilimlə desək informasiya kommunikasiya texnologiyalarının tətbiqi, özü dili ilə desək təhsilin internetləşməsindən danışır. Bildirim ki, təhsilin internetləşməsi heç bir normaya uyğun ifadə deyil. Başçı “Azərbaycan müəllimi” qəzetindən oxuduğu məqlələrdən yadında saxladığı “Avropa təhsil sisteminə inteqrasiya” mövsuzundan danışır yox, danışmağa cəhd edir. Budur məktəbdə (bəlkə də rayonda) işıqlar sönür. Bir az keçmir ki, “generator” qoşulur. Tədbir davam edir. Təhsil Şöbəsinin rəisi, məktəb direktoru və digər rəsmilər dəxilsiz söhbətlərini davam etdirir və başının ünvanına tərif yağdırırlar. Çəkilişimiz davam edir. Rəsmilər bir neçə məktəbdə olurlar. Digərlər təhsil ocaqlarının vəziyyəti elə də ürəkaçan deyil. Uçub-tökülən siniflərdə qız corabları geyinmiş oğlan uşaqlarını, müəllimlərinə plastik güllər gətirən qız uşaqlarını və hər şeyə müdaxilə etməyə çalışan valideynləri görmək çox acınacaqlıdır.

Çəkilişimizi yekunlaşdırdıq və saat 11:00-da yola düzəldik. Rayonu tərk edirik və birdən yol kənarında balaca bir oölan maşınımıza əl edir:

- Məni də Kobalt qəsəbəsinədək apar bilərsiniz?

- Gəl!

- Allah razı olsun, işiniz ovand olsun – deyib oğlan əyləşir maşına.

Haradan gəldiyini və hara getdiyini soruşuram. Oğlan:

- Rayona getmişdim. Şalvarımın ayağını kəsiriridim, indi isə dərsə gedirəm.

- Bəs çatan və dəftərlərin hanı?

- Kitabları məktəb verəcək, “sumka və dəftər isə hələ almamışıq. Dədəm burda yoxdur!”

Çantasız məktəblini məktəbəgedən görmək, həqiqətən də ağrı verir.


"AzərTac"-da inkişaf var
[info]telmansoy
 Son zamanlar "AzərTAc" agentliyində inkişaf görürəm. Agentlik saytını yeni tərtibatda istifadəyə verib. Artıq rəsmi xronikanı həm də video fayl kimi xəbərdə yerləşdirir. Düzdür bu video materiallar AzTV-nin xəbər süjetləri olsa da, ümumilikdə yaxşı haldır ki, informasiya həm yazı, həm foto həm də yenilikdə video fayl kimi yerləşdirirlir. Bəyənilsin. 

Bu gün də gördüm ki, "Səsli xəbərlər" bölməsi açılıb. Amma bircə -mışdır, -müşdür söhbəti olmasaydı. Yazıları çox bərbad redaktə olunur. -mış, müş şəkilçilərini heç oxumaq istəmirsən. Bir də hərdən çox uzun başlıqları. Amma ümumilikdə son zamanlar agentliyin veb saytı funksionallığını artırıb.


foto: http://azertag.gov.az/

Arayış: AzərTAc - Azərbaycan Dövlət Teleqraf Agentliy, 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış (yaradılıb)  sonralar, sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərmişdir (göstərib). Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa etmişdir (edib). 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmışdır (adlandırılıb).
Метки: ,

Xaricdə dincəlmək Azərbaycanda dincəlməkdən ucuzdur
[info]telmansoy
Yay mövsümünün gəlişi ilə istirahətə yollananların sayı da artıb.Bu gün xarici ölkələrdə dincəlmək Azərbaycanın regionlarında dincəlməkdən daha ucuz başa gəlir. Müxtəlif turizm şirkətlərinin təklif etdiyi xidmətlərin qiymətləri belə deməyə əsas verir. Azərbaycanda yalnız yay mövsümü turizm üçün əlverişli hesab olunur. Lakin daxili turların nisbətən baha olması səyahət etmək istəyən insanları qonşu ölkələrə yönləndirir.


foto mənbə: www.flickr.com

Gəncədəki turizm şirkətlərində bildirirlər ki, Gəncə və ətraf rayonlardan daha çox Türkiyənin Aralıq dənizi sahilində yerləşən Antaliya, Kəmər, Side, Lara, Kundu, Alanya bölgələrinə, Ege sahillərində yerləşən Bodrum, Marmaris, Fethiye, Rusiyanın Yessentuki, Kislovodsk, Pyatiqorsk və Ukraynanın Turskovets bölgələrində dincəlməyə üstünlük verirlər. Bu həmin yerlərdə, xüsusilə də qonşu Türkiyədə xidmət səviyyəsinin çox yüksək olması və turizm infrastrukturunun mükəmməl olması ilə bağlıdır. 

səs faylını dinləmək üçün:



Читать дальше... )

həyatı asanlaşdıran texnologiyalar
[info]telmansoy

peace-one-day-12-thumb peace-one-day-4-thumb

 

Читать дальше... )

fotoşəkillər – ifadənin obyektivdən keçən yolu
[info]telmansoy

Bu dəfə media vasitələrində fotolar haqqında yazmaq istəyirəm. Son zamanlar bir şey müşahidə edirəm: qəzetlərdə internetdən götürülmüş, həmin qəzet redaksiyasının istehsalı olmayan fotoşəkillər dərc olunur. Keçən dəfə Zaman-Azərbaycan qəzeti keçmişdi əlimə. Tanınmış politoloq Vəfa Quluzadə ilə maraqlı müsahibə dərc eləmişdilər. Müxbir əziyyət çəkib o boyda yazı yazıb, amma getdiyi yerdə bir dənə fotoşəkil çəkməyə ərinib. Müsahibəni qəzetdə Vəfa Quluzadənin internetdən götürülmüş şəkli ilə dərc ediblər. Yaxşı şəkli dərc etmisiniz-etmisiniz, bəs müəlliflik hüququnu niyə pozmusunuz, ay “peşəkar media təmsilçiləri” ?! O şəkil Azadlıq Radiosunun efirində çəkilmiş fotoşəkil idi. Dərc edirsiniz heç olmasa mənbəni göstərin, bir cümlə ilə də olsa qeyd edin ki, foto filan yerə məxsusdur ya da filan müxbirə. Təsəvvür edin qəzetdə yazı dərc olunub və böyük ölçüdə şəkil. Amma şəkildə Vəfa müəllimin radioya müsahibə verdiyi əks olunub.

photo-schools_5

Читать дальше... )

Mən obrazlara vuruluram
[info]telmansoy
Bu şeiri dostum Kamal yazıb. Oxudum və çox bəyəndim, öz blogumda paylaşmaq istəyirəm. Şeiri Vüsalə Əlibəyli səsləndirib.

Onlar hər ikisi də bloggerdi. Kamalın maraqlı yazılarını oxumaq üçün onun bloguna baxa bilərsiz. Vüsalə də burda yazır.

Şeirin mətni
bu linkdədir


Вы читаете журнал [info]telmansoy